Universitetlərin köçürülməsi ilə bağlı Dövlət Proqramı hazırlanır
03 may 2016 14:41 (UTC +04:00)

Universitetlərin köçürülməsi ilə bağlı Dövlət Proqramı hazırlanır

 

Ali təhsil müəssisələrinin Bakıdan köçürülməsi ilə bağlı Dövlət Proqramı hazırlanır. 

 

Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nazirlik "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq,  “Ali təhsil müəssisələri üçün kampusların yaradılması ilə bağlı Dövlət Proqrami”nın hazırlanması üzərində çalışır.

 

Nazirlikdən bildirilib ki, köçürüləcək universitetlər və onların mülkiyyətləri ilə bağlı məsələlərə Dövlət Proqramının təsdiqi və prioritetlərin müəyyən edilməsi zamanı baxılması nəzərdə tutulur.

 

Qeyd edək ki,  Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulub. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216

Oxşar yazılar