UNEC Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib
03 may 2016 11:20 (UTC +04:00)

UNEC Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib

 

İqtisad Universiteti (UNEC) Qırğızıstan-Türkiyə Manas Universitetinin (QTMU) təşəbbüsü ilə yaradılan Mərkəzi Asiya Universitetlər Birliyinə (MAUB) üzv seçilib.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 15 ölkədən 29 universitetin üzv olduğu birliyi Azərbaycandan UNEC təmsil edib. UNEC həmçinin birliyin idarə heyətində də yer alıb. Universitetin  İqtisadiyyat və işlətmə kafedrasının müdiri Fariz Əhmədov niyyət məktubunun imzalanma mərasimində iştirak edib.

 

QTMU-nun rektoru, professor Səbahettin Balcının rəhbər seçildiyi Mərkəzi Asiya Universitetləri Birliyinin  məqsədi ali təhsil müəssisələri və onlarla əməkdaşlıq edən qurumlar arasında əlaqələri gücləndirmək, inteqrasiyanı dəstəkləmək, müəllim-tələbə mübadiləsini təşkil etmək, ikili diplom proqramlarını tətbiq etmək, proqram və kredit mübadilə sistemlərinin təkmilləşdirilməsi istiqamətində birgə çalışmaq, keyfiyyət təminatı sistemi yaratmaq və akkreditasiya mexanizmləri üzərində işləmək, üzv olan universitetlərin güclü olduğu sahələri nəzərə alaraq regional inkişafa töhfə verəcək layihələri dəstəkləməkdir.

 

Tədbir çərçivəsində həmçinin Qırğızıstan-Türkiyə Manas Universitetinin 20-ci ildönümü də qeyd edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar