"Nə? Harda? Nə zaman?" İqtisad Universtetində...
07 dekabr 2015 12:43 (UTC +04:00)

"Nə? Harda? Nə zaman?" İqtisad Universtetində...

İqtisad Universitetində (UNEC) “Nə? Harada? Nə zaman?” inellektual yarışı keçirilib.

 

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, beyin yarışı UNEC-in 85 illik yubileyinə həsr edilib.

UNEC-in “İqtisadçı” qəzetinin baş redaktoru, “Turan” intellektual oyunlar klubunun üzvü Anar Eyyubovun təşkil etdiyi tədbirə ölkənin 10-dan çox aparıcı universitetlərinin tələbə və məzunlarından ibarət 17 komanda qatılıb. Yarışmada peşəkarlarla yanaşı, bu sahədə ilk addımlarını atan komandalar da biliklərini sınayıblar.

Qeyd edək ki, 3 tur və 36 sualdan ibarət gərgin mübarizədə I yeri “Vendomat” komandası tutub. Komandanın kapitanı UNEC-in magistrantı Türyan Məmmədovdur. II və III yerlərin sahibləri müvafiq olaraq “HİT” və “Dream Team” komandaları olublar. “Vendomat”a orijinal çin şahmat dəsti hədiyyə edilib. UNEC-in Tələbə Gənclər Təşkilatı hər üç qalib komandanın üzvlərinə milli futbol çempionatının “Neftçi” – “Zirə” oyununa biletlər verib. Bütün iştirakçılara nəfis kitablar və digər simvolik hədiyyələr təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar