UNEC-də Heydər Əliyevin 93 illiyinə həsr edilən elmi sessiya keçirilib
06 may 2016 16:57 (UTC +04:00)

UNEC-də Heydər Əliyevin 93 illiyinə həsr edilən elmi sessiya keçirilib

 

İqtisad Universitetində (UNEC) Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan elmi sessiya keçirilib.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  UNEC-in Texnologiya və dizayn fakültəsinin tələbələrinin Heydər Əliyevə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Tələbələrin əsərləri “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda keçirilən rəsm müsabiqəsinə təqdim edilib.

 

Elmi sessiyada UNEC rektoru, professor Ədalət Muradov Heydər Əliyevin keçdiyi həyat yoluna qısa nəzər salıb və bildirib ki, xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub.

 

Ə. Muradov deyib ki, elmi-tədqiqat yönümlü institututa çevrilməkdə iddialı olan UNEC  Heydər Əliyevin sosial siyasətini yenidən tədqiq edərək, bu sahəyə öz töhfələrini verəcək.

Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli də çıxışında isə bildirib ki, yeni iqtisadi sistemə keçid zamanı Azərbaycanın hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirdi. Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin xarakterik cəhətlərini vurğulayan H.Rəcəbli bu siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ-hüquqi bazaya söykənməsini diqqətə çatdırıb.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rəşad Hüseynov “Azərbaycan Respublikasının sosial inkişafının Heydər Əliyev epoxası” mövzusunda təqdimatla çıxış edib.

Sonra Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli UNEC-in kitabxanasına “Sabitlikdən sosial rifaha” adlı kitabı hədiyyə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar