İqtisad Universitetində “Oriyentasiya günü” keçiriləcək
09 sentyabr 2015 15:30 (UTC +04:00)

İqtisad Universitetində “Oriyentasiya günü” keçiriləcək

Sentyabrın 14-də İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçiriləcək.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünya universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya Günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır.

"Oriyentasiya günü"ndə saat 10:00-dan 18:00-dək universitet barədə təqdimatlar keçiriləcək, məlumat və bələdçi xidməti fəaliyyət göstərəcək. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün məsləhətlər təşkil edəcək. Həmçinin tələbələrin ifasında musiqili hissə, “Köpük Şou”, əyləncəli oyunlar, stolüstü tennis, rəsm sərgisi də nümayiş etdiriləcək. Tədbirdə peşəkar foto və video xidməti də fəaliyyət göstərəcək.

Tədbir UNEC-in əsas tədris binasında təşkil olunacaq. Məlumat və bələdçi xidməti isə bütün tədris binalarında çalışacaq. Tədbirə UNEC-ə yeni qəbul olan tələbələrlə yanaşı, onların valideynləri və digər qonaqlar da dəvətlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar