Üç uşaq üzərində açıq ürək əməliyyatı
26 aprel 2013 20:10 (UTC +04:00)

Üç uşaq üzərində açıq ürək əməliyyatı

 

Aprelin 26-da Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatı keçirilib. Mərkəzin baş həkiminin müavini Dadaş DadaşovunAPA-nın cənub bürosuna verdiyi məlumata görə, əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Rəşad Mahmudovun rəhbərlik etdiyi həkim briqadası tərəfindən yerinə yetirilib. Əməliyyat anadangəlmə ürək qüsuru olan 3 uşaq üzərində aparılıb. Uğurla başa çatan hər üç əməliyyat monitorların köməyi ilə birbaşa izlənilib.

 

Məlumata görə, R. Mahmudov sabah Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzində daha iki xəstə uşaq üzərində açıq ürək əməliyyatı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785
avatar

Oxşar yazılar