TSEK-lər ləğv olunur -<span style="color:red;"> NAZİR AÇIQLADI
06 yanvar 2016 12:42 (UTC +04:00)

TSEK-lər ləğv olunur - NAZİR AÇIQLADI

"İlkin əlilliyi Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) deyil, tibbi-sosial ekspertiza mütəxəssislərdən ibarət səyyar komissiyalar təyin edəcək".

 

APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

S. Müslümovun sözlərinə görə, dekabr ayında nazirlikdə səyyar komissiyaların yaradılması ilə bağlı qərar qəbul edilib: "Bu komissiyalar regionlara səfər edərək vətəndaşların ilkin əlilliyi ilə bağlı müayinə aparacaqlar. Bununla da, vətəndaşların əlilliyin təyin olunması ilə bağlı TSEK-lərə müraciət etməsinə ehtiyac olmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

Oxşar yazılar