TQDK səyyar Sənəd Qəbulu Komissiyaları yaradacaq
04 may 2015 11:20 (UTC +04:00)

TQDK səyyar Sənəd Qəbulu Komissiyaları yaradacaq

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək üçün səyyar SQK-lar yaradacaq.

 

TQDK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Komissiyanın respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan ) əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq elətdirə biləcəklər.

 

Qaçqın və məcburi köçkünlər məskunlaşdıqları rayonlarda təşkil olunmuş SQK-ya yaxınlaşa bilərlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239

Oxşar yazılar