TQDK rus bölməsi üzrə ərizə verən abituriyentlərə müraciət edib. Komissiyadan Lent.az-a verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsinə sənəd verən abituriyentlər üçün mayın 19-da Azərbaycan dili fənnidən imtahan keçirəcək. Dünənə qədər ərizələrini təsdiq etdirməyən, hər-hansı səbəbdən imtahanda iştirak edə bilməyən, eləcə də “qeyri-məqbul” alan abituriyentlər iyunun 23-də keçiriləcək növbəti Azərbaycan dilli imtahanında iştirak edə biləcəklər.
Abituriyentlər “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün imtahana bir neçə gün qalmış iş nömrəsindən və şifrdən istifadə etməklə internet vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.
Abituriyent imtahana gələrkən mütləq İmtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini özü ilə gətirməlidir.