Fillər öldükdən sonra  da təbiətə təsir göstərir
14 oktyabr 2026 06:35 (UTC +04:00)

Fillər öldükdən sonra da təbiətə təsir göstərir

0

 

Yeni araşdırma fillərin ölümündən sonra onların cəsədlərinin ətraf mühitə uzunmüddətli təsir göstərdiyini üzə çıxarıb.

Lent.az xəbər verir ki, bu barədə “Phys.org” Kaliforniya Universitetinin Santa-Barbara kampusuna istinadən məlumat yayıb.

Cənubi Afrikanın Krüger Milli Parkında aparılan tədqiqat zamanı fil cəsədlərinin olduğu ərazilərdə torpağın kimyəvi tərkibinin ciddi dəyişdiyi müəyyən edilib.

Təzə cəsədlərin olduğu yerlərdə torpaqdakı azotun miqdarı bəzi hallarda 3 min dəfə yüksək olub. Bu dəyişikliklər illər ərzində bitkilərin inkişafına və digər heyvanların qidalanmasına təsir göstərib.

Alimlər həmin ərazilərdə bəzi bitki növlərinin üstünlük qazanmasının biomüxtəlifliyi azalda bildiyini də müşahidə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar