TQDK 11 illik bazadan kolleclərə qəbul olan abituriyentlərə müraciət edib
08 sentyabr 2015 15:35 (UTC +04:00)

TQDK 11 illik bazadan kolleclərə qəbul olan abituriyentlərə müraciət edib

0

 

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası ( TQDK ) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 904 abituriyentdən 295 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

 

Qeydiyyat sentyabrın 10-dək (saat 9:00-dan 17:00-dək) davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar