TQDK-dan məktəb rəhbərlərinə <span style="color:red;">XƏBƏRDARLIQ
08 iyun 2015 15:47 (UTC +04:00)

TQDK-dan məktəb rəhbərlərinə XƏBƏRDARLIQ

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış sinif şagirdləri və ümumtəhsil məktəbləri rəhbərlərinə və əlaqələndiricilərinə xəbərdarlıq edib.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, buraxılış sinif şagirdləri imtahana getmədən əvvəl “Şagird-məzun” sistemindəki məlumatlarını yoxlayıb məlumatlarla bağlı hər hansı səhv aşkar etsələr, dərhal məktəb əlaqələndiricisinə bu barədə məlumat verməlidirlər.

 

Ümumtəhsil məktəbləri rəhbərləri və əlaqələndiricilərindən xahiş edilir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlərin buraxılış vərəqəsində və məktəb arayışındakı şəkillərinin onların indiki görünüşünə uyğun olmasını təmin etsinlər. Bununla bağlı hər hansı sual yarandıqda dərhal TQDK-ya müraciət edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar