Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 16-dək respublika ərazisində temperaturun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir.
Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini bir qədər artıracaq, lakin pambıq bitkilərində qozaların açılması və yetişməsi üçün kifayət qədər olmayacaq. Gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var ki, bu da bağlarda meyvələrin, bostanlarda tərəvəzin və süfrə üzümünün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər yaratmayacaq və torpaqda məhsuldar rütubət ehtiyatının artması üçün şərait yaradacaq.