Cəsarət Valehovun təyinatı təsdiqləndi - YENİLƏNİB
18 sentyabr 2013 13:38 (UTC +04:00)

Cəsarət Valehovun təyinatı təsdiqləndi - YENİLƏNİB

Cəsarət Valehovun Təhsil Nazirliyində İnformasiya şöbəsinin müdiri vəzifəsinə təyin edildiyi təsdiqlənib.

 

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, Cəsarət Valehov İnformasiya şöbəsinin müdiri təyin edilib, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş müdiri Bayram Hüseynzadə isə bundan sonra “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərəcək.

 

Bununla bağlı rəsmi məlumat yaxın saatlarda yayılacaq.

 

Qeyd edək ki, C. Valehov İTV-nin təhsillə bağlı olan “Açıq dərs” verilişinin aparıcısı və departament direktoru vəzifələrində çalışıb. O, İTV-dəki baş direktor dəyişikliyindən sonra işdən çıxarılıb. Bir müddət öncə nazirlikdə aparılmış struktur islahatlarına əsasən, ümumi şöbə ilə ictimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib və əvəzində informasiya şöbəsi yaradılıb.

 

******

10.56

 

Təhsil Nazirliyində informasiya şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

 

"Bizim yol" qəzetinin xəbərinə görə, Naizrliyin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş müdiri Bayram Hüseynzadə bundan sonra yalnız Təhsil Nazirliyinin “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərəcək. Nazirliyin informasiya şöbəsinə isə Cəsarət Valehov rəhbər təyin edilib.

 

Qeyd edək ki, C. Valehov İTV-nin təhsillə bağlı olan “Açıq dərs” verilişinin aparıcısı və departament direktoru vəzifələrində çalışıb. O, İTV-dəki baş direktor dəyişikliyindən sonra işdən çıxarılıb.

 

bir müddət öncə nazirlikdə aparılmış struktur islahatlarına əsasən, ümumi şöbə ilə ictimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib və əvəzində informasiya şöbəsi yaradılıb.

# 3748
avatar

Oxşar yazılar