Təhsil Nazirliyinin “Qaynar xətt"inə müraciətlər çoxalıb
01 dekabr 2015 14:45 (UTC +04:00)

Təhsil Nazirliyinin “Qaynar xətt"inə müraciətlər çoxalıb

Bu ilin noyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8824 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 dəfə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4653 vətəndaşa xidmət göstərilib.

597 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1228 sənəd (798 məktub, 405 ərizə, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Nazirlik bildirir ki, daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2103 zəng) və çərşənbə axşamı (1868 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1025 müraciət) və bazar ertəsi (1009 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar