Təhsil Nazirliyindən müəllimlərə şad xəbər
08 may 2013 13:56 (UTC +04:00)

Təhsil Nazirliyindən müəllimlərə şad xəbər

Məktəblərin idarə olunmasında, təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolunun artırılması ilə bağlı islahatlar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətdə aparılacaq. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Verilən məlumatda qeyd olunur ki,  təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcəkdir. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlu tədbirlərlə gerçəkləşdiriləcək.

 

Müəllimlərin hüquqlarının qorunması ilə bağlı məsələlərə gəlincə isə, nazirlikdən bildirilib ki, müəllimlərin fəaliyyəti ilə bağlı yeniliklər də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunduğu kimi bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inkluziv təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaq. Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaq. Bununla yanaşı, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2185

Oxşar yazılar