Ötən həftə Rusiyanın təhsil və elm naziri Dmitri Livanovla birgə 30-dək ali təhsil müəssisəsinin rəhbər heyətinin Azərbaycana səfəri ilə yadda qaldı.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Rusiyanın ali təhsil müəssisələri arasında Assosiasiyanın yaradılması ilə iki ölkənin təhsil sahəsində əməkdaşlığının yeni mərhələsinin başlanğıcı qoyulub.
Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə layihəsi olan “Təməl” proqramının növbəti buraxılışında nümayəndə qrupunun tərkibində Bakıda olan Rusiya ali təhsil müəssisələrinin rəhbərləri təəssüratlarını açıqlayıblar.
Videoya bu linkdən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=viYYu0WkePo