Təhsil Nazirliyi qarabağlılara müraciət edib
12 noyabr 2013 15:45 (UTC +04:00)

Təhsil Nazirliyi qarabağlılara müraciət edib

Təhsil Nazirliyi Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Ağdam və Füzuli rayonlarında yaşayan vətəndaşlara müraciət edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, noyabrın 15-də təhsil naziri Mikayıl Cabbarov Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Ağdam və Füzuli rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi (http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1436

Oxşar yazılar