Bakı şəhəri üzrə istedadlı uşaqların vaxtından əvvəl I sinfə daxil olması üçün ərizə qəbulu başa çatıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bakı şəhərində uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün yaradılmış komissiyalar avqustun 5-dən Nəsimi rayonundakı 42 saylı məktəbdə fəaliyyət göstərir. Həmin komissiyaların hər birində ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlər təmsil olunur.
Bununla bağlı 3788 ərizə daxil olub. Avqustun 20-dək müsahibədən keçirilən 1868 uşaqdan 975-nin vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib.
Müsahibə valideynlərin iştirakı ilə keçirilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibənin videoçəkilişi aparılır.