“Kadr potensialının inkişaf etdirilməsi və pedaqoji kadrların informasiya kommunikasiya texnologiyaları üzrə hazırlığı istiqamətində Dövlət Proqramları çərçivəsində bir sıra tədbirlər həyata keçirilib ”. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Son 8 ildə ölkənin ümumtəhsil məktəblərində 112156 müəllim və inzibati heyət İKT-yə dair xüsusi hazırlıq kursları keçib. Bu da pedaqoji kadrların 69 faizini təşkil edir. Dövlət ali məktəblərinin 12367 professor-müəllim heyətindən 1256 nəfəri, orta ixtisas təhsil müəssisələrinin isə 508 müəllimi İKT-yə dair xüsusi hazırlıq kurslarında olub.