Mikayıl Cabbarov YUNESKO-nun baş direktorunun müavini ilə görüşüb
04 noyabr 2015 11:02 (UTC +04:00)

Mikayıl Cabbarov YUNESKO-nun baş direktorunun müavini ilə görüşüb

0

 

Təhsil naziri Mikayıl Cabbarovun Fransa Respublikasına işgüzar səfəri davam edir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində noyabrın 3-də YUNESKO-nun Baş direktorunun müavini Qian Tanq ilə görüş keçirilib.

Mikayıl Cabbarov Azərbaycan-YUNESKO əlaqələrinin müsbət istiqamətdə inkişafı və bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu vurğulayıb. Nazir ölkə prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında da məlumat verib.

Görüşdə Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub. Təhsil naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş direktorunun müavini Qian Tanqı ölkəmizə səfərə dəvət edib.

Bundan başqa, səfər çərçivəsində təhsil naziri həmin gün  Fransanın Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Elm və Sənaye Muzeyinə baş çəkib, elmin  təbliği məqsədilə təşkil edilən sərgilərlə tanış olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar