“Fevral ayının 15-nə kimi bütün təhsil müəssisələrində “donuz qripi” ilə bağlı dezinfeksiya işləri yekunlaşacaq”.
Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova açıqlamasında deyib.
K. Cəfərova bildirib ki, bu gün Bakı Dövlət Universiteti, universitetin nəzdində Gənc İstedadlar Birliyi mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Kolleci dezinfeksiya olunur. Bundan başqa, Maliyyə İqtisad Kolleci, Qaradağ rayonunda Ruslan Quliyev adına 8 saylı Bakı Peşə liseyi, Bakı Kompüter Kolleci də "donuz qripi"nə qarşı dezinfeksiya edilir.
Ötən gün isə Azərbaycan Tibb Universiteti, Təhsil Problemləri İnstitutu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi dezinfeksiya olunub. Təhsil kompleksində dezinfeksiya işləri bu gün də davam etdirilir.
K. Cəfərova əlavə edib ki, bu gün Polis Akademiyası, Sabunçu rayonu 11 saylı Bakı Peşə liseyi, 17 saylı Bakı Peşə liseyi, Bakı Dövlət Sosial-İqtisadi kolleci, Bakı Sənaye - Pedaqoji kolleci, Xətai rayonu Azərbaycan Maliyyə İqtisad kolleci, Respublika Ekologiya Tərbiyə və Təchizat mərkəzində də dezinfeksiya işləri aparılacaq.
K.Cəfərova onu da qeyd edib ki, fevralın 6-sı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbindən başqa Bakı Uşaq Bərpa Mərkəzi də dezinfeksiya olunub.