Təhsil İdarəsi: “Sənədlərin qəbulu müddəti uzadıldı”
27 avqust 2013 18:31 (UTC +04:00)

Təhsil İdarəsi: “Sənədlərin qəbulu müddəti uzadıldı”

Bakı Şəhər Təhsil İdarəsi vətəndaşlara müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, 6 yaşı cari ilin 15 sentyabr - 31 oktyabr tarixləri arasında tamam olan və təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu qaydaları”na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbləri tərəfindən 17.07.2013 – cü il tarixədək sənədləri qəbul edilib. Lakin valideynlərin və digər qanuni nümayəndələrin Bakı şəhərində olmaması səbəbindən 20.08.2013 – cü il tarixədək BŞTİ – də qeydiyyatdan keçməsi mümkün olmamış uşaqların qeydiyyat müddətinin uzadılmasına Təhsil Nazirliyi tərəfindən baxılıb.

Təhsil Nazirliyinin 27.08.2013 – cü il tarixli məktubu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 6 yaşı cari ilin 15 sentyabr – 31 oktyabr tarixlərində tamam olan uşaqların sənədlərinin qəbulu müddətinin sentyabr ayının 5 – dək uzadılmasına icazə verilib.
Sənədlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində 28.08.2013 – cü tarixindən (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00 – dan 17:00 – dək qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233

Oxşar yazılar