Təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısı alınır
23 noyabr 2015 12:59 (UTC +04:00)

Təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısı alınır

0

“Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

 

İB-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı ölkə üzrə 2165 əhali, 37 qeyri-əhali abonentinin qaz təsərrüfatına dair “qüsur aktı” tərtib olunub.

 

Məlumatda bildirilir ki, tərtib olunmuş müvafiq aktlar əsasında itirilmiş təbii qaza görə dəymiş ziyan 555 466 manat dəyərində hesablanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar