Tanımış teleaparıcı və jurnalist Eldəniz Elgün bir neçə illik fasilədən sonra yenidən efirə qayıdır.
Lent.az-ın məlumatına görə, aparıcı bu həftədən etibarən ANS televiziyasının ekranlarından tamaşaçılara səslənəcək. E.Elgün ANS-in məşhur “Nəzər Nöqtəsi” verilişinin aparıcısı kimi efirə qayıdır. Veriliş bu gün saat 20:30-da yayımlanacaq.
Qeyd edək ki, E.Elgün Azərbaycan televiziya məkanında siyasi talk-show aparıcısı kimi xatırlanır. O, uzun illər “Space” kanalında xəbərlər departamentinin rəhbəri və icraçı direktorun müavini vəzifələrində çalışıb.