Bakıda daha bir yol müvəqqəti bağlanacaq. Lent.az-ın məlumatına görə, iyulun 22-dən 23-ə keçən gecədən etibarən Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (Neftçilər metrosu) və Bəhruz Nuriyev (“Laçın” ticarət mərkəzi) küçələri arasında yerləşən hissəsi təmir işləri ilə əlaqədar olaraq qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanır.
"Azəravtoyol" ASC sürücülərdən bunu nəzərə alaraq öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyə edir.