Sürücülərə şad xəbər: Zabrat-Pirşağı yolu 4 zolaqlı olacaq
27 avqust 2013 10:19 (UTC +04:00)

Sürücülərə şad xəbər: Zabrat-Pirşağı yolu 4 zolaqlı olacaq

Bakıda daha bir yol tamamilə yenidən qurulur. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Zabrat-Pirşağı yolunda bir neçə gündür ki, əsaslı təmir işləri həyata keçirilir: “9 kilometr uzunluğu olan yolun eni 7 metrədək artırılacaq. Yol hazırda iki zolaqlıdır. Təmir işlərindən sonra isə yolda hərəkət zolaqlarının sayı 4-ə çatdırılacaq. Payız aylarında təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulub”.

 

Qeyd edək ki, Zabrat-Pirşağı yolunda təmir işləri zamanı bəzi kommunikasiya xətlərinin yenilənməsi də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Nizam Rza

Oxşar yazılar