Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə,gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri Azay Quliyev 2014-cü il maliyyə müsabiqəsinin mövzularına münasibətini bildirib. Azay Quliyev qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq növbəti ilin müsabiqəsində daha konkret mövzular müəyyənləşdirilib. Bu ilki müsabiqədə Ədliyyə Nazirliyindən dövlət reysterindən yeni çıxarışın da ərizə formasına əlavə edilməsi nəzərdə tutulur.
Şura üzvləri 2014-cü il maliyyə müsabiqəsi mövzuları müzakirə edərək onların qəbul olunmasını məqsədəuyğun hesab etdiklərini bildiriblər. İclasda dekabrın 2-dən etibarən QHT-lərdən layihə təkliflərinin qəbul edilməsinə başlanması haqqında qərar qəbul edilib.
Xatırladaq ki, müsabiqənin mövzusu və şərtləri haqqında www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az resurlarından ətraflı məlumat əldə etmək olar.