Bələdiyyə sədri əxlaqsızlıq yuvalarına  görə TUTULDU
29 sentyabr 2026 16:16 (UTC +04:00)

Bələdiyyə sədri əxlaqsızlıq yuvalarına görə TUTULDU

0

Türkiyənin Antalya şəhərində narkotik və fahişəliyə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyatda saxlanılanlar arasında Antalya Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Mühittin Böcek və oğlu Mustafa Gökhan Böcek də var. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, keçirilən əməliyyatda aralarında iş adamları və turizm sektorunun nümayəndələrinin də olduğu ümumilikdə 20 nəfər saxlanılıb.

İddialara görə, bəzi otellərdə və yaxtalarda tiryəkxana təşkil olunub, həmçinin fahişəliyə şərait yaradılıb.

Saxlanılan şəxslərin narkotik maddə istifadə edib-etmədiklərinin müəyyənləşdirilməsi məqsədilə onların qan, sidik və saç nümunələrinin götürülərək Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndəriləcəyi bildirilir.

Əməliyyat zamanı şübhəlilərdən birinin evində aparılan axtarışda başqa cinayətlərə görə axtarışda olan Cemre B. də tutulub.

Onun oğurluq və dələduzluq cinayətlərinə görə ümumilikdə 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası aldığı qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar