Fiqu "Qızıl top"un favoritlərini  AÇIQLADI
29 sentyabr 2026 16:30 (UTC +04:00)

Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI

0

2000-ci il "Qızıl top" mükafatının qalibi Luiş Fiqu 2025/26-cı il mövsümündə ilin futbolçusu mükafatına əsas namizədlərin adını açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, portuqaliyalı qeyd edib ki, bu il vahid favorit müəyyən etmək olduqca çətindir.

"Qızıl top" mükafatına üç və ya dörd favorit var. İspaniyanın Dünya çempionatındakı qələbəsini nəzərə alsaq, ispaniyalı. Məsələn, Lamin Yamal və ya Rodri, baxmayaraq ki, sonuncu zədə səbəbindən ötən mövsümün bir hissəsini buraxmışdı. Kilian Mbappe və Lionel Messi Dünya çempionatında parlaq çıxış etdilər.

PSJ-nin Çempionlar Liqasındakı qələbəsini nəzərə alsaq, Dembele favoritlər arasında ola bilər. Həmçinin fantastik mövsümlər keçirən Olise və Keyni də qeyd etməmək mümkün deyil.  Bu il həqiqətən çoxlu namizəd var", - Fiqu vurğulayıb.

Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar