Sumqayıtda milli-mənəvi dəyərlərlə bağlı tədbir keçirilib
09 dekabr 2015 15:51 (UTC +04:00)

Sumqayıtda milli-mənəvi dəyərlərlə bağlı tədbir keçirilib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Sumqayıt şəhərində keçirib.

Birliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, tədbirdə ilk olaraq "Günəşli" neft yatağının 10-cu özülündə baş vermiş dəhşətli qəza nəticəsində həyatını itirən insanlar anılıb.

Daha sonra tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, müxtəlif millətlərə məxsus adət və ənənələr dünyadakı xalqları biri-birindən fərqləndirir. Milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Azərbaycanda zəngin milli, əxlaqi və mənəvi dəyərlər sisteminin gənc nəslə ötürülməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli isə mənəvi dəyərlərdən sui-istifadə hallarının baş verdiyinə görə təəssüf edib və  hər kəsi dövlətin yanında olmağa səsləyib.

Tədbirdə həmçinin Sumqayıt şəhər İcra hakimiyyətinin baş məsləhətçisi Fərman Kazımov, DQİDK-nın Sumqayıt şöbəsinin müdiri Şirin Cəfərov, QMİ-nin Sumqayıt bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Rauf Sərdarov və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar