Sumqayıtda əmək yarmarkası keçirilib
27 noyabr 2015 14:26 (UTC +04:00)

Sumqayıtda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkası Sumqayıt şəhərində təşkil olunub.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarmarkada işsiz və işaxtaran vətəndaşlara 9-u dövlət, digərləri özəl sektora aid 35 müəssisə üzrə 420 boş (vakant) iş yeri təqdim edilib. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisələrdə kvota üzrə müəyyən olunmuş iş yerləri də olub. Boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib.

 

Yarmarkada işsiz və işaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı şəxslər idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub. Tədbirdə peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata alınıblar.

 

Qeyd edək ki, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti respublikamızın şəhər və rayonlarında ümumilikdə 58 əmək yarmarkası təşkil edib.

 

Bu aktiv məşğulluq tədbirlərində 4908 nəfər işaxtaran və işsiz vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib. Onlardan 4269 nəfəri, yəni 87 faizə yaxını həmin göndərişlər əsasında münasib iş yerləri ilə təmin olunublar. Yarmarkalarda 462 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 229 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib.

 

# 157
avatar

Oxşar yazılar

Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA -VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

20 may 2024 , 13:20
Aliment ödəməyən şəxsi  hansı cəza   gözləyir?

Aliment ödəməyən şəxsi hansı cəza gözləyir?

20 may 2024 , 12:58
Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ  baş tutdu

Bu əməliyyat Respublika Klinik Xəstəxanasında İLK DƏFƏ baş tutdu

20 may 2024 , 12:30