Külək, yağış, qar...- <span style="color:red;">XƏBƏRDARLIQ
15 oktyabr 2015 12:55 (UTC +04:00)

Külək, yağış, qar...- XƏBƏRDARLIQ

Oktyabrın 16-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 12-14 dərəcə, günün birinci yarısı 15-17 dərəcə, axşama doğru 12 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi dağlıq ərazilərdə sulu qar və qara keçəcəyi ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz 14-18 dərəcə, dağlıq rayonlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Oktyabrın 16-17-də Abşeron yarımadasında  qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

ETSN-nin xəbərdarlığına əsasən, oktyabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağıntıların bəzi yerlədə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qar  və qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar