<b>Ailə qurmaq istəyən 44 nəfərdə İİV aşkarlanıb -</b> <span style="color:red;">Bu il
03 avqust 2016 10:49 (UTC +04:00)

Ailə qurmaq istəyən 44 nəfərdə İİV aşkarlanıb - Bu il

2016-cı ilin 6 ayı ərzində İİV-ə283 yeni yoluxma olub. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlardan 276-ı (97,5%) Azərbaycan vətəndaşlarında, 7-i (2,5%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 276 yerli sakindən 180-i (65,2%) kişi, 96-sı (34,8%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 86 nəfər Azərbaycan vətəndaşı olan İİV-li xəstə keçib.

 

Epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, 2016-cı ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 20,3%-i, 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

 

2016-cı ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 56 nəfər (20,3%) parenteral, 160 nəfər (58,0%) heteroseksual, 5 nəfər (1,8%) homoseksual kontakt nəticəsində, 4 nəfər (1,7%) şaquli yolla yoluxub. 51 nəfərin (18,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

 

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4955 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3607-si (73,2%) kişi, 1348-i (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1798 nəfərdir.

 

İİV-lə yaşayan insanlardan 47,0%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib, xəsətələrin 7,3 % -də yoluxma yolu müəyyən edilməyib.

 

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3240 İİV-lə yaşayan insan cəlb olunub.

 

01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 69796 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar