Son iki ayda Azərbaycanda 11 nəfər dərmanın əlavə təsirinə məruz qalıb.
Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov söyləyib.
Azər Maqsudov deyib ki, bu şəxslər həkim təyinatı ilə dərman qəbul edib, ancaq bədənləri dərmanı götürməyib. Onlarda allergik formada səpgilər, qızartı, mədə-bağırsaq problemləri müşahidə edilib. Xəstəxanaya müraciət edən bu şəxslərə məsləhət verilib. Bu aylar ərzində dərmandan zəhərlənmə halı isə qeydə alınmayıb.
Azər Maqsudov sərxoşluqla bağlı müraciətlərdən də danışıb. Onun sözlərinə görə, hər həftə 7-10 nəfər sərxoş gecə növbəsində təcili yardımla xəstəxanaya gətirilir. Həmin şəxslərə məsləhət verildikdən sonra evə buraxılırlar.