SOCAR-ın təqaüd proqramı üçün müsabiqənin nəticələri açıqlandı
02 may 2016 10:27 (UTC +04:00)

SOCAR-ın təqaüd proqramı üçün müsabiqənin nəticələri açıqlandı

 

TQDK dünən ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanının nəticələrini elan edib.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələr TQDK-nın internet saytında yerləşdirilib və SOCAR-a təqdim olunub.

 

Nəticələrə görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1570 namizəddən 233 nəfəri imtahana gəlməyib. Ən yüksək nəticə, toplanılması mümkün olan 40 baldan, 39 bal olub.

 

Qeyd edək ki, imtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar