SOCAR-da QHT rəhbərləri ilə “dəyirmi masa” keçirildi
28 iyun 2016 21:23 (UTC +04:00)

SOCAR-da QHT rəhbərləri ilə “dəyirmi masa” keçirildi

İyunun 28-də SOCAR-ın Baş ofisində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri hökumət təşkilatları (QHT) rəhbərlərinin iştirakı ilə “İri investisiya layihələri, maliyyə dayanıqlığı və kreditlərin idarə olunması” mövzusunda dəyirmi masa keçirilib.

 

SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 3 saatdan artıq davam edən tədbirdə şirkətin vitse-prezidentləri Süleyman Qasımov, Xalik Məmmədov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Hüquq İdarəsinin rəisi Eldar Orucov ictimaiyyəti maraqlandıran məsələlər haqqında ətraflı məlumat veriblər.

 

Tədbirdə SOCAR-ın iri investisiya layihələri, maliyyə durumu, risklərin və kreditlərin idarə olunması üzrə fəaliyyəti ilə əlaqədar aktual problemlər geniş müzakirə olunub, səmərəli diskussiya və fikir mübadiləsi aparılıb. Görüşün keçirilməsinə görə təşəkkürlərini bildirən QHT rəhbərlərindən Sabit Orucov, İnqilab Əhmədov, Əliməmməd Nuriyev, Məhəmməd Talıblı və İlham Şaban belə tədbirlərin vaxtaşırı keçirilməsi zərurətini və əhəmiyyətini qeyd edib, vətəndaş cəmiyyəti təsisatları ilə SOCAR-ın əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi vurğulayıblar.

 

Görüşdə iştirak edən KİV nümayəndələrinin sualları da cavablandırılıb. 

# 187
avatar

Oxşar yazılar

Sabah üçün tibbi-meteoroloji  PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

23 aprel 2024 , 15:26
Narkotik artıq  məktəblərə yol tapıb   - Siyavuş Novruzov

Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov

23 aprel 2024 , 14:33
30 dərəcə istidən sonra  şaxtalı hava

30 dərəcə istidən sonra şaxtalı hava

23 aprel 2024 , 14:11
Vüqar Səfərli də ƏFV istəyir

Vüqar Səfərli də ƏFV istəyir

23 aprel 2024 , 14:09
Aprelin 23-nün  ən xoşbəxt   BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız  var

Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var

23 aprel 2024 , 13:48
Sabah  30 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU

23 aprel 2024 , 12:48
Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

23 aprel 2024 , 10:59
Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

23 aprel 2024 , 09:13