Şirvanda “Yay kinoteatrı” açıldı
01 sentyabr 2015 01:13 (UTC +04:00)

Şirvanda “Yay kinoteatrı” açıldı

0

Şirvanda “Yay kinoteatrı”-nın əsaslı təmir və bərpasından sonra açılışı olub. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvanda SSRİ dövründə fəaliyyətdə olan, sonradan baxımsızlıqdan sıradan çıxaraq fəaliyyətini dayandıran “Yay kinoteatrı”  əsaslı təmir və bərpadan sonra tamaşaçıların istifadəsinə verilib.

 

1450  kvadratmetr sahəsi olan  Yay kinoteatrı yenidən qurulub. 330 ədəd tamaşaçı tutumu olan kinoteatrın səhnəsi yeni tərtibatda qurulub. İşıqlandırma sistemi və səhnəyə yeni müasir avadanlıqlar  quraşdırılıb. Kinoteatrın ümumi görkəmi dəyişdirilib,  ətrafında yaşıllaşdırma və abadlıq işləri görülüb.

 

Açılış mərasimindən sonra  Şirvan şəhərinin orta məktəblərindən 600-dən yuxarı bal toplayıb tələbə adını qazanan məzunlara qiymətli hədiyyələr verilib. Sonda Yay kinoteatrında respublikanın tanınmış incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış edib. Açılış mərasimində Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov və Millət vəkili Azay Quliyev iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar