Siqaretin reklamı qadağan edilir
25 iyun 2013 16:46 (UTC +04:00)

Siqaretin reklamı qadağan edilir

Azərbaycanda tütün və tütün məhsullarının, hətta bunlar haqqında məlumatların reklamı bütün hallarda ölkə ərazisində qadağan edilir.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu yeni hazırlanmış “Reklam haqqında” qanunda əksini tapıb.

 

Yeni qanunun 28-ci maddəsində deyilir ki, tütün, tütün məlumatları və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı bütün hallarda qadağandır.

 

Qanun layihəsi Milli Məclisi növbədənkənar sessiyasının növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704
avatar

Oxşar yazılar