Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 8-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələri bu keçidə https://eservices.tqdk.gov.az/netsinaq/?frm=egov daxil olaraq öyrənmək mümkündür.
İmtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
Qeyd edək ki, bu, sonuncu sınaq imtahanı idi.