Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi “APA Holding”də olub
16 sentyabr 2013 16:44 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi “APA Holding”də olub

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı təmsilçisi Sadettin Topukçu “APAHolding”də olub.


 

APA-nın məlumatına görə, “APAHolding” MMC-nin prezidenti Vüsalə Mahirqızı ilə görüşdə Azərbaycanla ŞKTC arasında münasibətlər, ölkədə, regionda və dünyada baş verən hadisələr, iki ölkənin media orqanları arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

V. Mahirqızı “APA Holding”ə daxil olan şirkətlər, onların iş prinsipi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, APA İnformasiya Agentliyinin ŞKTC-nin mətbuat orqanları ilə yaxından əməkdaşlıq etdiyini bildirib, bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib. 

 

Öz növbəsində, qonaq ölkəsinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini, mətbuat, təhsil, turizm və digər sahələrdə mühüm əlaqələrin qurulduğunu, bu əlaqələrin miqyasının daha da genişlənməsini istədiklərini vurğulayıb.

 

Görüşdə “APA Holding” Direktorlar Şurasının sədri Nurşən Quliyev də iştirak edib.

 

# 367
avatar

Oxşar yazılar