Şimal bölgəsi çaylarında suyun səviyyəsi artıb
21 iyun 2013 12:33 (UTC +04:00)

Şimal bölgəsi çaylarında suyun səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumatı açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə yağan leysan xarakterli yağışlar nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-100 sm artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-200 sm, Kiçik Qafqaz çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.


Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyunun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm azalma qeydə alınıb. İyunun 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 52 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 144 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2012-ci ildə bu göstərici ongünlük normanın 71 faizinə bərabər olub.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 12, Araz çayının Novruzlu məntəqəsində 30 sm azalma, Surrada 3, Bankədə 12 sm artım qeydə alınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar