Güclü külək, 40 dərəcə isti - <span style="color:red;">SABAH
30 iyun 2015 12:23 (UTC +04:00)

Güclü külək, 40 dərəcə isti - SABAH

İyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək,  qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə, dağlıq rayonlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Fərizə Əhmədova

Oxşar yazılar