Sentyabrın 14-dən noyabrın 26-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, 16-dan 25-dək Qori şəhərində (Gürcüstan) Gender təlimi üçün təlimatçı kursu, 17-dən noyabrın 27-dək Liptovskiy Mikulaş şəhərində (Slovakiya) 15-ci Beynəlxalq Qərargah zabitləri kursu keçiriləcək.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.