Səyyar ASAN xidmət 9 məntəqədə
31 oktyabr 2017 10:36 (UTC +04:00)

Səyyar ASAN xidmət 9 məntəqədə

Səyyar ASAN xidmət noyabrın 28-dək Salyan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN-dan Lent.az-a verilən məlumatına görə, həmçinin, başqa səyyar avtobuslar noyabrın 11-dək Ağsu rayonu, noyabrın 6-dək Qaradağ rayonunun Sahil qəsəbəsi, Göygöl şəhəri, noyabrın 25-dək Qusar, Yevlax və Biləsuvar şəhərləri, noyabrın 6-dək Oğuz şəhəri, noyabrın 11-dək H. Z. Tağıyev qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar