Şeyx Xamneyini Azərbaycana dəvət edib
01 sentyabr 2015 15:02 (UTC +04:00)

Şeyx Xamneyini Azərbaycana dəvət edib

0
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının ali dini lideri Seyid Əli Hüseyni Xamneyini Azərbaycana səfərə dəvət edib.

 

APA-nın məlumatına görə, A. Paşazadə bunu Azərbaycanda səfərdə olan İranın tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani ilə QMİ-də keçirilən görüşdə bildirib. O qeyd edib ki, Nuri Həmədanidən bu arzusunu ağayi Xamneyiyə çatdırmasını xahiş edib: “Seyid Əli Hüseyni Xamneyini Azərbaycanda görmək mənim və biz dindarların arzusudur və bu arzu ilə onu bura dəvət edirik”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar