Səyahətə çıxanlar <span style="color:red;">MÜTLƏQ OXUSUN : Güclü külək, yağış...
06 iyul 2018 16:45 (UTC +04:00)

Səyahətə çıxanlar MÜTLƏQ OXUSUN: Güclü külək, yağış...

Ötən günlərlə müqayisədə istirahət günlərində havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında günəşli hava şəraiti olacaq. İyulun 07-də qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə  isti təşkil edəcək.

 

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, yağmursuz hava şəraiti müşahidə olunacaq. İyulun 7-dən iyulun 8-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

 

Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhali çimərliklərdə ehtiyatlı olmalıdır. 

 

                                        

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405
avatar

Oxşar yazılar