Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Dekabr
09 dekabr 2015 20:05 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Dekabr

YORUM

 

İranın Türkiyəyə qaz ixracını azaltmasının səbəbi bəllidir - müttəfiq təəssübkeşliyi... Amma Tehran bir məsələni unudur. Qərblə nüvə anlaşmasından və bu ölkənin üzərindən qaldırılacaq sanksiyalardan sonra bu ölkənin enerji ehtiyatlarını xaricə - yəni Avropaya çıxarması üçün ən əlverişli yol Türkiyə ərazisidir. Əslində bu qərar İranın bu vaxta qədər Yaxın Şərq bölgəsində ən ağıllı siyasət aparan dövlət olduğu anlayışını alt-üst edir. Çünki İraq və Suriyada baş verən məlum hadisələr əslində regionda Ankara və Tehranı bir-birinə daha sıx bağlamalı idi. Türkiyənin bu yaxınlaşmaya doğru hər hansı ciddi addım atdığını söyləmək olmaz, hər halda, buna qarşı da bir cəhd olmayıb. Amma İranın bu addımı kiminsə diktəsi ilə atdığı açıq-aydın ortadadır. Deyəsən, Tehran bu gedişlə özünə zərər vurmuş olacaq. Ən azından Qərblə bağladığı sazişi və yaxın qonşu məfhumunu Tehranın yadına salmaq lazımdır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar