Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Yanvar
08 yanvar 2016 20:00 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Yanvar

GÜNÜN ŞƏRHİ
 
İranla Səudiyyə Ərəbistanı arasında gərginliyin çevrəsinə tezliklə Türkiyənin daxil olacağı gözlənilən idi. Hətta Suriya münaqişənin ilk illərində belə, İran-Türkiyə münasibətləri normal məcrada davam etsə də, artıq açıq qütbləşmə müşahidə olunur. Rusiya təyyarəsinin vurulmasından sonra Moskvanın Ankaraya qarşı açdığı cəbhəyə ilk qoşulanlardan biri İran idi. Tehran anti-Türkiyə cəbhəsinə o qədər sürətlə qoşulmuşdu ki, bu sürət hətta Ankarada belə təəccüb doğurmuş və prezident Ərdoğan “ABŞ İrana qarşı sanksiyalar tətbiq edəndə, biz İranın yanında yer aldıq” kimi minnət dolu açıqlama verməyə məcbur qalmışdı. Ərdoğanın İran-Səudiyyə qarşıdurmasına dair mövqeyi Türkiyənin neytral mövqe tutmayacağını, bu məsələdə gizli də olsa Ər-Riyadın tərəfində olacağını göstərirdi. Təəccüblü və gözlənilməz bir məsələ də yox idi - Türkiyə hələ Suriya münaqişəsinin ilk günlərindən Qətər və Səudiyyə Ərəbistanı ilə əlbir hərəkət etmiş, Ankara Ər-Riyadın müttəfiqi olduğunu hər fürsətdə təsdiqləmişdi. İranın da Türkiyəyə qarşı sərgilədiyi mövqedə təəccüblü heç nə yoxdur - Tehran təyyarə insidentindən sonra açıq şəkildə Rusiyanın yanında yer almış və Ankaranın əlavə həcmdə qaz istəyini kobud şəkildə rədd etmişdi. Bu gün baş verənlər Yaxın Şərqdə başlayan ən irimiqyaslı maraq mübarizəsinin tərəflərindən birinin Türkiyə olacağını ortaya qoydu. Gerçəklik budur  - Türkiyə İrana və müttəfiqlərinə qarşı cəbhədə öz layiqli yerini kimsəyə güzəştə getmək istəmir. 
 
Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293
avatar

Oxşar yazılar