Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 dekabr
17 dekabr 2015 20:10 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 dekabr

GÜNÜN ŞƏRHİ
 
Türkiyə-Rusiya münasibətlərində geri addım atılmayacaq. Ən azı Rusiya tərəfindən. Putinin mətbuat konfransında Ərdoğanın və Türkiyə dövlətinin ünvanına söylədiyi sözlər bütün körpüləri yandırmaq idi. “Təyyarəni vurmaq sizin nəyinizə lazım idi” kimi ritorik sualının bir neçə dəfə təkrarlanması başqa bir sual doğurur: “Ankaranın bütün xoşməramlı mesajlarına rəğmən gərgin münasibətləri saxlamaq Rusiyanın nəyinə lazımdır?” Daxili siyasətdə yaranan problemlərin xarici siyasətdə yaranan problemlər hesabına neytrallaşdırılması dövlət idarəetməsinin hər zaman vazkeçilməz üsulu olub. Rusiya ciddi sosial problemlər yaşayır, bunu mətbuat konfransında prezidentə ünvanlanan suallar və verilən cavablar da təsdiqləyir. Əhalinin gəlirlərinin azalması, rublun dəyərsizləşməsi vətəndaşlarda ciddi narazılıq doğurur. Belə situasiyalarda hökumətin qarşısında iki yol olur - ya problemləri həll etmək, ya “günah keçisi” taparaq problemləri onun ayağına yazmaq. Bu situasiyada “günah keçisi” olaraq Türkiyə seçilib. Yəni, düşmən dövlət olmasa belə, onu uydurmaq lazım gələcəkdi və təyyarə insidenti Kremlə bununla bağlı gözəl fürsət verdi. Ankara hələlik təmkinini pozmasa da, Rusiya rəhbərliyi və media bütün diqqəti “düşmən”lə mübarizəyə yönəldərək, sosial problemlərin doğuracağı nəticələri gecikdirir. Bəli, aradan qaldırmır, amma gecikdirir. Yaxın 3-4 ay ərzində Türkiyə təxribata getməsə, bu dırnaqarası düşmən obrazı artıq Rusiyanın işinə yaramayacaq. Hətta ölkədə sosial gərginliyi azaltmaq üçün Türkiyə kimi ciddi ticarət tərəfdaşına əvvəlkindən də çox ehtiyac duyulacaq. Amma münasibətləri bərpa etmək, ən azı əvvəlki səviyyəyə qaytarmaq mümkün olacaqmı? Ərdoğanın dünyanın gözü qarşısında açıq mətnlə təhqir edilməsindən bu, çətin görünür...
 
Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar